Azərbaycanın U-19 millisi bu gün Moldova ilə üz-üzə gələcək

19 Mart 2025 10:12 (UTC+04:00)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək. SİA-nın məlumatına görə, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv Qəbələdə Moldova ilə üz-üzə gələcək.

Qarşılaşma saat 17:00-da başlayacaq.

Qeyd edək ki, komandalar martın 22-də də münasibətləri aydınlaşdıracaqlar.