Mərdəkanın qaz təchizatında fasilə yaranacaq

19 Mart 2025 09:12 (UTC+04:00)

Bu gün Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Xəzər rayonunun Mərdəkan prospektində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 19-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Mərdəkan qəsəbəsində İ.Nəsimi, Ş.İ.Xəqani, M.Ə.Sabir, Məmmədyarov və Aviaşəhərcik küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqdır.