"Barselona" qapıçısı Şensnı ilə bağlı qərar verdi

19 Mart 2025 03:35 (UTC+04:00)

"Barselona" klubu polşalı qapıçı Voyçex Şensnı ilə bağlı qərarını verib və onu komandada saxlamağı planlaşdırır. SİA xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. La Liqa nəhəngi, 34 yaşlı qapıçı ilə danışıqlara başlayıb və ona yeni müqavilə təklif edib. Şensnı isə klubda qalmağa müsbət yanaşır.

Qeyd edək ki, Voyçex Şensnı ötən ilin oktyabr ayında "Barselona"ya transfer olub. Təcrübəli qapıçı bu müddət ərzində Kataloniya təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb, 16 qol buraxıb və 8 oyunda qapısını toxunulmaz saxlayıb.