"Barselona” və İspaniya yığmasının futbolçusu Lamin Yamal millisinin tarixində ilkə imza atıb. SİA xəbər verir ki, 17 yaşlı vinger sözügedən millinin tarixində Ramazan ayında oruc tutan ilk futbolçu olub.
Yamal Barselona əyalətində anadan olsa da, onun atası Mərakeşdən, anası isə Ekvoterial Qvineyadandır.
İspaniya komandasının daha əvvəl Ramazan bayramını qeyd edən Adama Traore, Munir El-Haddadi və Ansu Fati kimi futbolçuları olub, lakin yığmanın oyunları orucluq ayı ilə üst-üstə düşməyib.
Onu da əlavə edək ki, İspaniya millisi UEFA Millətlər Liqası çərçivəsində martın 20-si və 23-ü Niderlandla qarşılaşacaq.