...ABŞ və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu müəyyən ediblər ki, koqnitiv dözümlülüyün inkişafı – mürəkkəb tapşırıqlar üzərində uzun müddət konsentrasiyanı saxlamaq bacarığı – məktəblilərin akademik performansını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
SİA-nın məlumatına görə, tədqiqat Quarterly Journal of Economics (QJE) elmi jurnalında dərc olunub.
Koqnitiv dözüm sizə mürəkkəb tapşırıqlar üzrə performansınızı qorumağa kömək edir və riyaziyyat, elə ingilis dili də daxil olmaqla geniş fənlər üzrə akademik performansınızı yaxşılaşdırır.
Təcrübədə Pakistanın 66 məktəbindən 9-11 yaşlı 1600-dən çox şagird iştirak edib. Uşaqlar planşetlərdə konsentrasiya və koqnitiv səy tələb edən tapşırıqları yerinə yetiriblər: riyaziyyat problemləri və tapmacaların həlli...
Koqnitiv dözümlülük inkişaf etdirən uşaqlar tapmacaların həlli və dinləmə kimi tapşırıqlarda 22 faiz daha az performans azalması göstəriblər.
Tədqiqat həmçinin müəyyən edib ki, əlavə təhsil ili idrak performansını yaxşılaşdırır, ancaq yüksək keyfiyyətli məktəblərdə…
Səs-küylü və qeyri-mütəşəkkil sinif otaqlarında bu bacarığı inkişaf etdirmək çətindir və bu, müxtəlif sosial-iqtisadi qruplardan olan tələbələr arasında bərabərsizlikləri gücləndirir.
Nazlı Almuradova