Azərbaycanın üçqat paralimpiya çempionu gənc idmançılarla görüşüb - FOTOLAR

18 Mart 2025 12:05 (UTC+04:00)

Azərbaycanın üçqat paralimpiya çempionu Raman Saley yeniyetmə və gənc paraüzgüçülərlə görüşüb. SİA Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Bakı Su İdmanı Sarayında baş tutub.

Gənc idmançılarla birlikdə məşq edən paraüzgüçü təcrübəsini bölüşüb, onların suallarını cavablandırıb.