Azərbaycanda 9 ay müddətinə yeni gömrük yığımları müəyyənləşdirilib

18 Mart 2025 11:31 (UTC+04:00)

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, gömrük yığımlarına əlavə olaraq aşağıdakı malların sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməsinə görə müvafiq məbləğlərdə idxal gömrük yığımları alınır:

- dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün - 150 manat;

- şüşə məmulatlarının 1 tonu üçün - 100 manat;

- armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün - 100 manat.

Qərar bu il aprelin 1-dən qüvvəyə minir və gələn il yanvarın 1-nə qədər qüvvədədir.