Kəlbəcər rayonunda tikinti şirkətlərindən birinin əməkdaşları yol qəzasına düşüblər, iki nəfər ölüb, bir nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. SİA-nın məlumatına görə, hadisə Qamışlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Elçin Nadirovun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə sərnişinlər - 1961-ci il təvəllüdlü Mirabbas Məmmədov və 1977-ci il təvəllüdlü Ramin Şahnəzərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən dünyasını dəyişiblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.