Bu gün daha iki oyun baş tutacaq

18 Mart 2025 09:05 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasının XIX turunda bu gün daha iki oyun baş tutacaq. SİA xəbər verir ki, B qrupunda “Ordu” “Lənkəran”la qarşılaşacaq.

“Ordu” hazırda qrupda 29 xalla üçüncüdür. Sonuncu - altıncı pillədə qərarlaşan “Lənkəran”ın 21 xalı var.

A qrupunda isə “Naxçıvan” “Abşeron”la üz-üzə gələcək. “Naxçıvan” hazırda 30 xalla qrupda ikincidir. Dördüncü olan “Abşeron”un 25 xalı var.

Hər iki oyun “Sərhədçi” İdman Mərkəzində keçiriləcək. “Ordu” - “Lənkəran” görüşü saat 16:00-da, “Naxçıvan” - “Abşeron” matçı isə 19:00-da başlayacaq.

Qeyd edək ki, 19-cu turun ötən gün keçirilən "Sumqayıt" - "Quba" görüşü meydan sahiblərinin 112:103 hesablı qələbəsi ilə yekunlaşıb.