ABŞ Ukraynaya hərbi yardımın bərpa olunduğunu təsdiqləyib

18 Mart 2025 08:07 (UTC+04:00)

ABŞ Ukraynaya hərbi yardımın və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib. SİA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksus Qrinkeviç jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. O bildirib ki, hər şey əvvəlki kimi davam edir.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırması barədə məlumat yayılmışdı.