Ronaldonun “Barselona” ilə oyunlardakı rekordunu təkrarladı

18 Mart 2025 07:39 (UTC+04:00)

Atletiko”nun hücumçusu Aleksander Sörlot tarixdə ardıcıl altı oyunda “Barselona”ya qol vuran ikinci futbolçu olub. SİA xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

Bu, Madrid klubunun La Liqanın 28-ci turunda kataloniyalıları qəbul etdiyi görüşdə qeydə alınıb. 29 yaşlı norveçli forvard 70-ci dəqiqədə fərqlənib. Bu görüş artıq onun “Barsa”ya qol vurduğu ardıcıl altıncı matç olub.

Bu göstəricidə o, “Real”ın əfsanəsi Kriştiano Ronaldoya çatıb.

Sörlotun seriyası 2022/23 mövsümündə – “Real Sosyedad”da oynadığı vaxt başlayıb. Son mövsümdə o, 2 oyunda fərqlənib. Lakin bu dəfə “Vilyarreal” üçün. Bu il isə Aleksandr artıq üç dəfə “Barsa”ya qol vura bilib.

Sörlotun elə bu mövsüm Ronaldonun nailiyyətini ötmək şansı var. Aprelin 2-də “Atletiko” və “Barselona” Kral Kubokunun yarımfinalının cavab matçında yenidən üz-üzə gələcək.

Qeyd edək ki, bu mövsüm Aleksander 39 matçda meydana çıxıb, 15 qol vurub və 2 məhsuldar ötürmə edib.