Ukrayna 3000 km məsafə qət edə bilən dronunu uğurla sınaqdan keçirib - Zelenski

18 Mart 2025 03:17 (UTC+04:00)

“Ukrayna 3000 km məsafə qət edə bilən pilotsuz uçuş aparatını uğurla sınaqdan keçirib”. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib..

“Bu gün Qərargahın iclasını keçirdim. Bir neçə sual var idi, amma ən əsası dronlardır. Bütün növ pilotsuz uçuş aparatlarına ehtiyac var. Uzaqmənzilli dronlarla bağlı yaxşı xəbərlər var. 3000 km-lik dronumuz sınaqlardan keçdi. Tərtibatçılara və istehsalçılara minnətdaram. Biz dövlətimizin təhlükəsizliyinə zəmanət verəcək uzaqmənzilli hərbi sənaye məhsulları seriyası hazırlayırıq”, - deyə Zelensk bildirib.

Bu gün Prezidentə Ukrayna raketlərinin, xüsusən də “Uzun Neptun” raketlərinin istifadəsi barədə məlumat verilib.

“Daha çox raket, daha çox pilotsuz uçuş aparatı istehsal etməliyik və bu həftə tərəfdaşlarımızla bu barədə danışacağıq”, - deyə dövlət başçısı qeyd edib.