Türkiyəli rəqqasə Tanyeli 54 yaşında vəfat edib. SİA xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb. Bir neçə gün əvvəl vəziyyəti pisləşən və intubasiya edilən Tanyeli müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Rəqqasə uzun müddət idi ki, mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı.