ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib. Həmçinin, Vaşinqton Kiyevi hərbi yardımla təmin etməyə davam edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksus Qrinkeviç bildirib. “Bizdə təsdiqlənmiş məlumatlar var. Yardım Ukraynaya gedir”, - Qrinkeviç deyib. O, əlavə edib ki, hər gün kəşfiyyat məlumatı paylaşılır.