Argentinanın ulduz hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay və Braziliya ilə keçiriləcək oyunlar üçün milli komandanın siyahısına daxil edilməyib. SİA xəbər verir ki, bəzi KİV-in məlumatına görə, onun Argentina millisinin yekun siyahısına salınmamasına səbəb futbolçunun MLS-də “Atlanta Yunayted”lə matçda aldığı budun adduktor əzələsinin zədələnməsi olub.
Lionel Messi DÇ-2026-nın seçmə mərhələsində doqquz oyun keçirib, altı qol vurub və üç məhsuldar ötürmə edib. Argentina millisi hazırda 12 oyundan 25 xalla seçmə mərhələnin Cənubi Amerika zonasına başçılıq edir. Uruqvay yığması 20 xalla ikinci pillədə qərarlaşıb.