...Beləliklə, Belarusda, Minsk polisinin mətbuat xidməti yazır ki, kişiyə qarşı bilə-bilə təhlükə barədə yalan məlumat vermə maddəsi ilə cinayət işi açılıb.
Nədir məsələ?
Deməli, SİA-nın məlumatına görə, bir neçə gün bundan əvvəl işi-gücü olmayan 58 yaşlı Minsk sakini...bekarçılıqdan şəhərdəki 105 nömrəli dəmir yoluna zəng edərək, xətt əməkdaşından biletlərin qiymətini soruşub.
Əməkdaş biletin qiymətini nə təhər deyibsə, bekar kişi qiymətin baha olduğundan “yaman qəzəblənib”..?
Halbuki heç bir yerə gedəsi də deyilmiş, elə belə, xətt əməkdaşı ilə məzələnmək istəyib..?
...Nə isə biletin bahalığını əsas gətirən kişi, xətt əməkdaşını təhdid etməyə başlayıb.
O, hətta sözarası dəmir yolunu partladılacağını da bildirib.
...Və hazırda polis tədqiqt aparır.
Deyilənlərə görə, həmin o 58 yaşlı Minsk sakinini 7 ilə qədər həbs gözləyir..?
Deyirəm, Ştirlesə baxa-baxa bunların da başı xarab olub ey..?
Nazlı Almuradova