Almaniya Ukrayna Silahlı Qüvvələrinə verilən hərbi texnikanın siyahısını yeniləyib. Hərbi yardım paketindən olan silahların tam siyahısı Almaniya hökumətinin saytında dərc olunub.
SİA-nın məlumatına görə, buraya 24 MRAP zirehli texnikası, bir IRIS-T SLM raketi, 50 Vektor kəşfiyyat aparatı, həmçinin Leopard 1 tankları və Marder piyada döyüş maşınları üçün mərmilər, üç Gepard ZSU, Gepard üçün 10 000 patron, 5 min 155 mərmi və 2012 mm artiller daxildir.
Bundan əlavə, Kiyev 30 Gereon RCS yerüstü pilotsuz uçan aparatı, 30 dron aşkarlama sistemi, ehtiyat hissələri olan iki Wisent 1 zirehli minatəmizləmə maşını, 100 H-PEMBS portativ minatəmizləmə dəsti və iki mina trolu alacaq.
Martın 15-də Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Niemeyer etiraf edib ki, Berlin atəşkəs elan olunsa belə, Kiyevi silahla təmin etməyin yolunu tapacaq.
Əli Babayev