Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək

17 Mart 2025 17:12 (UTC+04:00)

Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanının da rəqəmsal formada keçirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu imtahanlar hələlik kağız variantda keçirilir, yaxın gələcəkdə bu imtahanlar da onlayn formata keçiriləcək:

"Dövlət İmtahan Mərkəzi müəyyən bir mərhələdən sonra bu imtahan əsasında Azərbaycan dili üzrə sertifikatlar verəcək. Hələ ki, bu imtahanın pulsuz olduğu dövrdə hər bir müəllimi, alimi, mütəxəssisləri imtahandan keçməyə çağırırıq".