...Ötən əsrdə Kanzas (ABŞ-ın ürəyi sayılan Orta Qərb əyalətlərindən biri-A.B.) kömür mədənlərinin birində faciəyə çevrilən qeyri-adi kəşf baş verib.
Belə ki, işçilər sonradan bir çox insanın ölümünə səbəb olan sirli artefakt aşkar ediblər. Karbon süxurlarında tapılan bu qədim diskin onu tədqiq etməyə çalışan hər kəs üçün son dərəcə təhlükəli olduğu sübut edilmişdir.
Belə ki, bu disklə əlaqəli nəinki mədənçilər və tədqiqatçılar, hətta ev işçiləri də müəmmalı təsirin qurbanı oldular.
SİA-nın məlumatına görə, Artefakt səthində sirli naxışlar olan təxminən 26 santimetr diametrli diskdir. Mərkəzdə qədim ritual obyektinə bənzəyən bir dəlik var.
Qeyd edək ki, artefakt kimi təqdim edilən bu disk hazırda “Şeytan diski” kimi tanınır.
...Demli, o vaxt bir neçə şaxtaçının ölümündən sonra mədənin sahibi İrvin Sayns tapıntını evə aparmaq qərarına gəlib.
Ancaq bu qərar fəlakətli nəticələrə səbəb olub: bir gecədə bütün ev işçiləri və hətta ailənin saxladıı ev heyvanları da ölüb və bir neçə ay sonra Sainz özü də sağ qalmayıb.
Hadisələr 1936-cı ildə diskin yenidən kəşf edildiyi zaman davam edib.
Artefaktı öyrənmək üçün edilən yeni cəhdlər yenidən insan tələfatı ilə nəticələnib.
Yalnız 1962-ci ildə alimlər sirli obyektin sirrini aça bildilər. Görünən radioaktivlik olmasa da, disk barium və titan olan benitoit adlı nadir mineraldan hazırlanmışdır.
Bu elementlərin qarşılıqlı təsiri bütün canlılar üçün dağıdıcı, radiusu 13 metr olan ölümcül radiasiya sahəsi yaradır.
...1970-ci illərdə təhlükəli artefakt Antarktidaya köçürüldü. Bu gün "şeytanın diski" ilə nə baş verdiyi sirr olaraq qalır, lakin onun hekayəsi tədqiqatçıların və artefakt ovçularının zehnini həyəcanlandırmaqda davam edir.
Əli Babayev