Bakı-Sumqayıt qatarlarının sayı artırılır

17 Mart 2025 15:20 (UTC+04:00)

Aprelin 1-dən Abşeron dairəvi dəmir yolu xəttində həftədə əlavə 61 reys təyin olunacaq. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, bu addım sərnişin sıxlığının azaldılması ilə bağlı atılır.