...Braun Universitetinin alimləri müəyyən ediblər ki, ağ şərab içmək xüsusilə qadınlarda dəri xərçənginə tutulma riskini 22 faiz artırır.
SİA-nın məlumatına görə, araşdırmanın nəticələri Nutrients jurnalında dərc olunub.
Alimlərin fikrincə, bütün alkoqollu içkilər eyni şəkildə qəbul edilmir, qırmızı şərab çox vaxt daha sağlam hesab olunur. Bu fikir onun tərkibində antiinflamatuar xüsusiyyətlərə malik antioksidant olan resveratrolun yüksək tərkibi ilə bağlıdır. Qırmızı şərabın həqiqətən ağ şərabdan daha “təhlükəsiz” olub-olmadığını öyrənmək üçün tədqiqatçılar əvvəllər dərc olunmuş 42 elmi araşdırmanın nəticələrini təhlil ediblər. Onlar 96 minə yaxın insanın qidalanma vərdişlərini və spirtli içkilərə olan üstünlüklərini öyrəniblər.
Alimlər qırmızı şərabın xərçəngə qarşı hər hansı qorunma təmin etdiyinə dair heç bir aydın dəlil tapmayıblar. Həmçinin, növündən asılı olmayaraq, şərab içərkən xərçəngə tutulma riskinin ümumi artımı müşahidə edilməmişdir.
İstisna dəri xərçəngi idi.
Tədqiqatçıların hesablamalarına görə, ağ şərab içənlər arasında dəri xərçənginə tutulma riski qırmızı şəraba üstünlük verənlərlə müqayisədə 22 faiz yüksək olub.
Tədqiqatçılar həmçinin ağ şərab istehlakı ilə qadınlarda ümumi xərçəng riskinin artması arasında daha güclü əlaqə tapdılar. Bu kəşf onun altında yatan potensial mexanizmlərin daha çox araşdırılmasını tələb edir.
Nazlı Almuradova