Azərbaycanın beynəlxalq yükdaşmalardakı nəqliyyat vasitələrinin sayı

17 Mart 2025 14:22 (UTC+04:00)

2024-cü ildə Azərbaycanın beynəlxalq yükdaşmalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 14 minə yaxın olub. SİA xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yükdaşıma departamentinin rəhbəri Sübhan Abilov “Azərbaycan – transkontinental meqa marşrutların “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində” mövzusunda keçirilən tədbirdə bildirib.

"Azərbaycanın 2021-ci ildə beynəlxalq yükdaşmalarda iştirak edən yük nəqliyyat vasitələrinin sayı 3 400 idi. 2024-cü ilin sonunda bu rəqəm 13 790-a çatdırılıb. Bu, sahəyə investorlar cəlb olunması, icazələrə əlçatanlığın artırılması, prosesin şəffaflaşdırılması nəticəsində mümkün olub. Beləliklə, avtomobil nəqliyyatı sektorunda aparılan islahatlar çox ciddi nəticələr verib və bu sahənin inkişafı davam etdirilir. Şirkət sayına gəlincə, ötən ilin sonunda hüquqi şəxslərin sayı 355, fiziki şəxslərin sayı isə 1 755 təşkil edib", - o vurğulayıb.