Bakıda 507 avtobusda kartla ödəniş mümkün deyil

17 Mart 2025 13:34 (UTC+04:00)

Bakı şəhəri üzrə sərnişindaşımada istismar edilən avtobusların sayı 2203-ə çatdırılıb. Bu barədə SİA-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, 2022-ci ildə bu göstərici 1720 olub.

Hazırda Bakı şəhəri üzrə fəaliyyət göstərən 1696 avtobusda ödənişlər nağdsız qaydada həyata keçirilir. Bu da avtobus parkının 77%-ni təşkil edir.