Xanlar Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Mart 2025 12:50 (UTC+04:00)

Xanlar Rüstəm oğlu Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla X.Vəliyev prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.