İqtisadiyyat naziri İsrail prezidenti ilə görüşüb

17 Mart 2025 12:42 (UTC+04:00)

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinin prezidenti İsxak Hersoqun qəbulunda olub. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, qəbulda Azərbaycan və İsrail əlaqələrinin dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əməkdaşlıq məsələləri nəzərdən keçirilib.