46 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

17 Mart 2025 12:36 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 15-də və 16-da ümumi çəkisi 46,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,1 kiloqramdan artıq heroin, 38,3 kiloqrama yaxın marixuana, 1,2 kiloqram tiryək, 1,1 kiloqramdan çox metamfetamin, həmçinin 478 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.