Ötən ay DSMF 24 minə yaxın vətəndaş müraciətinə cavab verib

17 Mart 2025 12:28 (UTC+04:00)

Bu ilin fevral ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 23 min 954 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 21 min 179-u rəsmi məktub və telefon zəngi, 2 min 775-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.