Qala Qoruğunda Novruz şənliyi təşkil olunacaq

17 Mart 2025 12:24 (UTC+04:00)

Martın 18-də Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda möhtəşəm “Bahar sədası” adlı Novruz şənliyi keçiriləcək. Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq. Qoruq İdarəsindən SİA-ya bildirilib ki, gün boyu iştirakçıları rəngarəng konsert proqramı, səhnəciklər, sənətkarlar bazarı, ustad dərsləri, milli şirniyyatların hazırlanması, idman nümunələri, kitab məclisləri, açıq səma altında muzey sərgisi və bir çox maraqlı tədbirlər gözləyir.

Şənlik saat 11:00-dan 15:00-dək davam edəcək.