Xızının prokuroru yol qəzasına düşüb

17 Mart 2025 12:01 (UTC+04:00)

Xızı rayonunun prokuroru Aslanova Xəyalə Əlyəsə qızı yol qəzasına düşüb. SİA xəbər verir ki, "Toyota” markalı maşın “Niva” markalı avtomobillə toqquşub.

"Toyota"da olan Aslanova Xəyalə qəza nəticəsində xəsarət alıb.

X.Aslanova və digər zərərçəkənlər Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur, müalicəsi davam etdirilir.