Həftəsonu itkin düşən 19 nəfər tapılıb

17 Mart 2025 10:25 (UTC+04:00)

Respublikada iki gündə itkin düşən 19 nəfər tapılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 15-də və 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 19 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.