Şəkidə 32 yaşlı qadın intihar edib

17 Mart 2025 10:13 (UTC+04:00)

Şəkidə 32 yaşlı qadın özünü binanın dördüncü mərtəbəsindən atıb. SİA-nın məlumatına görə, hadisə səhər saatlarında Şəki şəhəri Şərbablar küçəsində baş verib.

Şəki şəhər sakini 32 yaşlı Röya Mustafayeva özünü binanın 4-cü mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.