Bakıda avtomobil qadını vuraraq öldürüb

17 Mart 2025 09:12 (UTC+04:00)

Bakıda avtomobil piyadanı vurub. SİA xəbər verir ki, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Belə ki, Ramin Əhmədov idarə etdiyi avtomobili geriyə sürərkən Rəhilə Cəbrayılovanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.