ABŞ-ın Yəməndə üsyançı husilərin nəzarətindəki ərazilərə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53-ə, yaralıların sayı isə 98 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Anis əl-Əsbahi deyib. “Martın 15-də düşmən Amerikanın endirdiyi zərbələr nəticəsində 53 nəfər həlak olub, 98 nəfər yaralanıb”, - deyə o bildirib.