İspaniya La Liqasının 2024/2025-ci il mövsümünün 28-ci turunun "Atletiko Madrid" və "Barselona"nın qarşılaşdığı matç başa çatıb. Oyun Madriddəki Civitas Metropolitano stadionunda baş tutub. Matçın baş hakimi Rikardo De Burqos Benqoeçea (Bilbao, İspaniya) olub. "Barselona" 4:2 hesabı ilə qalib gəlib.
SİA-nın məlumatına görə, qarşılaşmada hesabı 45-ci dəqiqədə “Atletiko”nun hücumçusu Julian Alvares açıb. 70-ci dəqiqədə Alexander Sorloth meydan sahiblərinin fərqini ikiyə çatdırıb. 72-ci dəqiqədə Robert Levandovski 1 qola imza atıb. 78-ci dəqiqədə Ferran Torres hesabı bərabərləşdirib. 90+2-ci dəqiqədə Lamin Yamal qonaqları hesabda önə keçirib. 90+8-ci dəqiqədə Torres dubla imza atıb. Keçirilən 28 oyundan sonra "Atletiko Madrid" 56 xalla La Liqa turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Barselona" 27 oyundan sonra 60 xalla birinci yerdədir.
Nazlı Almuradova