Yaponiyada Toho Universitetinin alimləri hava çatışmazlığı səbəbindən Yer kürəsində dünyanın sonunun bir milyard ildən sonra gələcəyini hesablayıblar.
SİA-nın məlumatına görə, bunu riyazi hesablamalar əsasında nəticə çıxaran NASA və Toho Universitetinin tədqiqatçıları yazıblar.
Alimlərin fikrincə, Yerdə oksigenin miqdarının azalması Günəşin tədricən genişlənməyə başlaması ilə əlaqədar baş verəcək ki, bu da planetimizdə temperaturun artmasına və atmosferin tərkibinin dəyişməsinə səbəb olacaq.
Onların fikrincə, bu, 1.000.002.021-ci ildə baş verə bilər. Mütəxəssislər həmçinin qeyd ediblər ki, texnoloji tərəqqi bu ssenaridən qaçmağa kömək edə bilər.
Bundan əvvəl kanadalı alim, ekoloq və politoloq Vatslav Smilin 10 ildən sonra dünyanın sonu olma ehtimalını təxmin etdiyi bildirilmişdi.
Əli Babayev