Ağ Ev Ukraynanın NATO-ya üzvlüyünü "çətin" adlandırır

16 Mart 2025 18:47 (UTC+04:00)

Ukraynanın NATO-ya üzvlüyü və ya təşkilata daimi yolu çox az ehtimaldır.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

...Ukrayna üçün NATO-ya daimi yol və ya NATO-ya daimi üzvlük mümkün deyil.

Bunu ABŞ prezidenti Donald Trampın köməkçisi Mayk Vals deyib.

Onun sözlərinə görə, təkcə ABŞ deyil, alyansın bəzi digər üzvləri də oxşar mövqedən çıxış edirlər.

Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff bildirmişdi ki, gələn həftə Putinlə Tramp arasında telefon danışığı gözlənilir.

O, həmçinin bildirib ki, ABŞ ukraynalılarla əlaqə və danışıqları davam etdirir.

Nazlı Almuradova