Vitkoff: Gələn həftə Putinlə Tramp arasında görüş gözlənilir

16 Mart 2025 17:39 (UTC+04:00)

…Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp gələn həftə telefon danışığı aparacaq.

SİA-nın məlumatına görə, bu barədə CNN-ə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff bildirib.

…Mən bu həftə iki prezident arasında söhbət olacağını gözləyirəm.

Bunu Vitkoff deyib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov zərurət yaranarsa, Putinlə Tramp arasında görüşün baş tutacağını bildirmişdi.

Əli Babayev