Cəlilabadda 24 yaşlı şəxsin meyiti aşkarlanıb

16 Mart 2025 14:06 (UTC+04:00)

Cəlilabad rayonunda meyit aşkar olunub. SİA-nın məlumatına görə, meyit rayonun Maşlıq kəndində tapılıb.

Meyitin 24 yaşlı Elvin Abdullayevə məxsus olması müəyyən olunub.

Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.