"Zirə"nin legionerləri ölkələrinin millilərinə dəvət alıb

16 Mart 2025 11:59 (UTC+04:00)

“Zirə”nin legionerləri İssa Cibriela, Anje Mutsinzi və Rikardo Martins Gimaraynş ölkələrinin millilərinə dəvət alıb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İ.Cibriela Niger, A.Mutsinzi Uqanda, Rikardo Martins Gimaraynş isə Mozambik yığmalarının qarşıdakı oyunları üçün heyətə çağırılıb.