ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib

16 Mart 2025 04:39 (UTC+04:00)

ABŞ ordusu husilərə qarşı genişmiqyaslı əməliyyata başlayıb. SİA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Bildirilib ki, ıməliyyat Amerikanın maraqlarını qorumaq, düşmənləri çəkindirmək və naviqasiya azadlığını bərpa etmək məqsədi daşıyan bir sıra dəqiq zərbələri əhatə edir.