Tramp ABŞ ordusunu husilərə qarşı əməliyyata başladır...

16 Mart 2025 01:20 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Amerika silahlı qüvvələrinə Yəməndəki husi üsyançılarına güclü zərbələr endirməyi əmr edib.

SİA xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb: "Bu gün mən ABŞ ordusuna yəmənli terrorçulara - husilərə qarşı qəti və güclü addımlar atmağı əmr etdim".

Tramp qərarını husilərin gəmilərə, təyyarələrə və dronlara atəş açması ilə əsaslandırıb.

"Husi terrorçularına mesaj göndərirəm - sizin vaxtınız bitdi. Bu gün hücumu dayandırmalısınız. Əks halda, heç vaxt yaşamadığınız cəhənnəm əzabı çəkəcəksiniz", - deyə ABŞ Prezidenti əlavə edib.