İtaliya A Seriyası: “Milan” doğma meydanda üç xal qazanıb

15 Mart 2025 23:17 (UTC+04:00)

İtaliya A Seriyasında 29-cu turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, "Milan" doğma meydanda "Komo" ilə qarşılaşıb. Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 47-yə çatdıran "Milan" 7-ci pilləyə yüksəlib. Qonaqlar isə 29 xalla 13-cü yerdədir.