Biləsuvarlı şagirdlər qızıl medalla təltif olunublar

15 Mart 2025 18:40 (UTC+04:00)

"Sabahın alimləri" XIV respublika layihə müsabiqəsində biləsuvarlı şagirdlər qızıl medalla təltif olunublar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin X sinif şagirdləri Leyla Əlizadə və Gülay Quluzadə müsabiqədə “Tibb və sağlamlıq” nominasiyası üzrə I yerə layiq görülərək qızıl medalla təltif olunublar.

Qeyd edək ki, "Sabahın alimləri" respublika müsabiqəsində qızıl medal qazanan 2 komanda ABŞ-da keçirilən "Regeneron ISEF" (International Science and Engineering Fair) beynəlxalq müsabiqəsinə vəsiqə qazanır.