İspaniyalı baş məşqçi: Oyunu ilk 10 dəqiqədə uduzduq

15 Mart 2025 17:40 (UTC+04:00)

Oyunu ilk 10 dəqiqədə uduzduq.

SİA xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının XVIII turunda səfərdə “Gəncə”yə 74:84 hesabı ilə məğlub olan “Ordu” komandasının baş məşqçisi Alberto Blanko deyib.

İspaniyalı mütəxəssis qələbə münasibətilə rəqibi təbrik edib: “Birinci periodda zəif təsir bağışladıq. Sonrakı hissələrdə, xüsusilə böyük fasilədən sonra rəqibə ciddi müqavimət göstərdik. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşacağıq”.