...İş adamı və SpaceX-in qurucusu İlon Mask 2026-cı ilin sonunda insanabənzər robot Optimus ilə Marsa kosmik gəmi göndərməyi planlaşdırdığını bildirib.
SİA-nın məlumatına görə, bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
...Kosmik gəmi gələn ilin sonunda göyərtəsində Optimus ilə birlikdə Marsa uçacaq.
Mask deyib və qeyd edib ki, əgər bu enişlər uğurlu olarsa, o zaman göyərtəsində insanların olduğu kosmik gəmilərin uçuşları hələ 2029-cu ildə baş tuta bilər.
Bununla belə, iş adamı əlavə edib ki, daha çox ehtimal olunan tarix 2031-ci ildir.
Bundan əvvəl məlum olmuşdu ki, İlon Maskın təsis etdiyi Amerikanın Neuralink şirkəti telepatiya və telekinezi ilə bağlı ticarət nişanlarını patentləşdirib.
Forbes jurnalistlərinin fikrincə, milyarder İlon Maskın şirkəti Telepatiya və Telekinezi ticarət nişanlarının qeydiyyatı üçün patentlə öz bizneslərində bu sahələri inkişaf etdirəcəklərini açıq şəkildə eyham edib.
Daha əvvəl Neuralink startapı çiplənmiş xəstənin düşüncə gücü ilə robot qolu necə idarə etdiyini göstərmişdi. Neuralink yazının müəllifinin kimliyini açıqlamayıb, lakin onun şirkət tərəfindən çiplənmiş üç nəfərdən biri olduğuna işarə edib.
Nazlı Almuradova