...Alimlər aşkar ediblər ki, pişiklər yuxu mexanizmlərinin öyrənilməsində əsas rol oynayır və tədqiqatçılara insanlarda yuxu pozğunluqlarını daha yaxşı başa düşməyə kömək edir.
SİA-nın məlumatına görə, TASS xəbər verir ki, somnoloq Yevgeni Verbitskinin “Yuxu-2025” forumunda bildirdiyi kimi, bu heyvanlarda yavaş yuxu fazalarının aydın bölünməsi sayəsində alimlər onu dayaz və dərin mərhələlərə ayıra bilirlər.
Təcrübələr göstərib ki, pişiklərdə yavaş yuxunun olmaması zülal mübadiləsinə təsir göstərir: hormonların ifadəsi ləngiyir, orqanizmdə müxtəlif proseslərin tənzimlənməsi üçün lazım olan zülalların sintezi ləngiyir.
Bu kəşf yuxu pozğunluqlarının insan metabolizminə necə təsir edə biləcəyini araşdırmağa kömək edir.
Tədqiqatda pişiklərlə yanaşı, dovşan kimi digər heyvanlar da iştirak edib.
Bu cür təcrübələr artıq alimlərə yuxu çatışmazlığının daxili orqanların qorunması üçün lazım olan selik zülallarının istehsalına necə təsir etdiyini öyrənməyə imkan verib.
Nazlı Almuradova