"Dörd əkizin nağılı" tamaşası keçirilib - YENİLƏNİB/FOTOLAR

15 Mart 2025 14:36 (UTC+04:00)

Bu gün Gənc Tamaşaçılar teatrında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, rejissor, yazıçı-dramaturq Ağalar İdrisoğlunun 75 illik yubileyinə həsr olunmuş Panço Pançevin "Dörd əkizin nağılı" tamaşası olub. SİA xəbər verir ki, tamaşa öz gözəl abu-havası və marağı ilə diqqəti cəlb edib.

Tamaşadan öncə Ağalar İdrisoğlu öz fikirlərini bölüşüb. O qeyd edib ki, bu tamaşa artıq neçə illərdi ki keçirilir.

Həmçinin tamaşadan qabaq aktyorlar da öz fikirlərini bölüşüb, Ağalar İdrisoğlunu 75 illik yubileyi münasibətilə təbrik ediblər.

Tamaşa olduqca maraqla izlənilib, sonda aktyorlar tamaşaçılara öz təşəkkürünü bildiriblər.