Türkiyə komandalarının bu mövsüm UEFA gəliri məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Türkiyəni avrokuboklarda təmsil edən 5 komandanın bu mövsüm UEFA-nın pul mükafatından əldə etdiyi ümumi qazancı 50,28 milyon avro olub. 2024-25 mövsümündə Türkiyə adından turnirlərə Qalatasaray, Fənərbaxça, Beşiktaş, Başakşehir və Trabzonspor qatıldığı halda, 5 komandanın hamısı 1/4 final matçları öncəsi mübarizəni dayandırıb.