Ulduz futbolçu millidən uzaqlaşdırıldı?

15 Mart 2025 13:25 (UTC+04:00)

Neymar Braziliya millisinin heyətindən çıxarılıb. SİA-nın verdiyi məlumata görə, yenidən milliyə çağırılan Neymar zədə səbəbindən heyətdən uzaqlaşdırıldığı halda, onun yerinə Real Madriddən Endrik çağırılıb.

Braziliyanın Kolumbiya və Argentina ilə oyunları üçün heyətə çağırılan Neymar gözlənildiyi kimi zədələnərək millinin heyətindən kənarlaşdırılıb. Neymardan başqa, Danilo və Ederson da zədəli olduqları üçün siyahıdan kənarda qalıblar.