Əvvəllər məhkum olunmuş şəxslərdən narkotik vasitə, psixotrop tərkibli həblər aşkarlanıb

15 Mart 2025 12:54 (UTC+04:00)

Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. SİA xəbər verir ki, daxil olan məlumatlar əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuşlar – 47 yaşlı R.Ağayev və 46 yaşlı R.Abdulov saxlanılıblar.

Onların üzərindən, həmçinin yaşadıqları evlərə baxış zamanı 1 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr və psixotrop tərkibli həblər aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.